TÖVSİYƏ XƏBƏRLƏR

Bakı metropolitenində 2-ci xanım maşinist işə götürülüb

Bu gün “Bakı Metropoliteni” QSC 2-ci xanım maşinisti işə götürüb. Bu barədə 25 avqust tarixində Report məlumat verib.

İşə qəbul edilən xanım Türkan Bəylərdir. Onun yeni nəsil qatarları idarə edəcəyi bildirilir.

Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunu olan xanım işə yeni qəbul olunan 8 maşinistdən biridir. O, əslən Füzuli rayonundandır.

Müdavimlər kurslarda əvvəlcə nəzəri biliklərə yiyələnərək, metropolitenin əsas sahələri ilə əyani tanış olublar. İkinci mərhələdə qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsi aparılıb.

Kursda iştirak edən müdavimlər hər tədris mərhələsindən digərinə yalnız imtahan sınağı ilə nəticə əldə edərək keçiblər.

Üçüncü mərhələdə iddiaçılar metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq, həm peşə vərdişlərinə yiyələnib, həm də bu mühitdə formalaşmağın vacib cəhətləri ilə tanış olaraq, praktiki imtahanlarda yoxlanılıblar.

Sonuncu mərhələdə isə xətlərdə idarəetmə normativlərini uğurla yerinə yetirən gənc maşinistlər kadr komissiyası qarşısında imtahan veriblər.

Bakı metrosunda qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq edilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx