Bu ilin avqust ayında Bakı metropolitenindən 14 milyon 292 min 400 nəfər sərnişin istifadə edib. Bu barədə 6 sentyabr tarixində Report “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verib.
Məlumata görə, ötən ay gün ərzində orta hesabla 461 min 45 nəfər sərnişinə xidmət göstərilib. Ən çox sərnişin avqustun 31-də (535 min 233), ən az isə ayın 13-də (297 min 668) daşınıb.
Koronavirus (COVID-19) pandemiyası elan edilənə qədər olan sonuncu ilin – 2019-cu ilin avqust ayı ilə müqayisədə 10,4% az, həmçinin ötən – 2022-ci ilin eyni ayına nəzərən 1,3% çox sərnişin metrodan istifadə edib.