Bu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC-dən 518 897 nəfəri güzəştli olmaqla 21 184 895 sərnişin və yaxud hər gün orta hesabla 683 384 sərnişin istifadə edib. Bu barədə 15 noyabr tarixində Report quruma istinadən məlumat verib.
Məlumata görə, ən çox sərnişin oktyabrın 2-də (786 min 519), ən az sərnişin isə oktyabrın 1-də (403 min 284) daşınıb. “Koroğlu” stansiyası 1 739 323 nəfərlə hesabat ayının sərnişindaşıma lideri olub.
Aylıq daşıma koronavirus (“COVID-19”) pandemiyası elan edilənə qədərki 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 6% az, 2022-ci ilin eyni ayına nisbətən isə 2,6% çoxdur.
10 ay ərzində isə metropoliten 177 975 429 sərnişin daşıyıb.