Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Report 23 yanvar tarixində məlumat verib.
Yanvarın 22-də “Bakı Metropoliteni” QSC-də maşinist işləyən 58 yaşlı Aydın Kərimli “Avtovağzal” metro stansiyasının 98-ci piketində təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.