2022-ci ilin sonlarında Bakı Metropoliteninə gətirilmiş 4 qatardan 3-cüsü “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə sərnişin konveyerinə qoşulub. Bu barədə 3 fevral tarixində Report məlumat verib.
Bu, metropoliten xətlərində fəaliyyətə başlayan innovasiyalar baxımından sonuncu nəslə mənsub 22-ci yeni qatardır.
Məlumata əsasən, bu, xəttə verilən sonuncu yeni nəsil qatarı olmayacaq. Daha bir sonuncu yeni nəsil qatarı üzərində sınaq və tənzimləmə işlərinə başlanılıb.