Bu gün “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Bu barədə 27 oktyabr tarixində Report məlumat verib.
“Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlı sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkil təqdim olunub.
Sərginin 6 aya yaxın davam etdirilməsi nəzərdə tutulub. İzləyicilərə nümayiş olunan fotolarla virtual qaydada da tanış olmaq imkanı yaradılıb. Bunun üçün izləyicilər fotostendlərdə yerləşdirilmiş QR-kodları mobil cihazlarına yükləyərək, metropolitenin rəsmi saytında yaradılmış bölməyə daxil olaraq, hər bir stend barədə ətraflı məlumat ala bilərlər.