TÖVSİYƏ XƏBƏRLƏR

Bakı-Qəbələ-Bakı istiqamətində 10 əlavə qatar reysi təyin edilib

26 iyun – Silahlı Qüvvələr Günü və 28-29 iyun Qurban bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə 10 əlavə qatar reysi təyin edilib.

Bu barədə 7 iyun tarixində “Azərbaycan Dəmir Yolları” QSC məlumat verib.

Məlumata görə, 26, 27, 28, 29 və 30 iyun tarixlərində Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə sürətli sərnişin qatarlarının hərəkət cədvəlində də müvafiq dəyişikliklər edilib.

Belə ki, Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən qatar Qəbələyə saat 10:50-də, əks-istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:20-də çatacaq.

01 iyul tarixindən etibarən şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli yuxarıda qeyd edilmiş bayram günlərinin qrafiki üzrə yenilənəcək.

ADY bu il martın 18-dən ölkədə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. Hazırda sürətli sərnişin qatarı həftənin şənbə və bazar günlərində hərəkət edir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx