TÖVSİYƏ XƏBƏRLƏR

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq, Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir. Bu barədə 23 oktyabr tarixində Report ADY-yə istinadən məlumat verib.

Noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Qeyd edilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir.

Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.