TÖVSİYƏ XƏBƏRLƏR

Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırılıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq, iyunun 03-dən etibarən qatar reyslərinin sayını artırıb.

Bu barədə 27 may tarixində Report ADY-yə istinadən məlumat verib.

Bildirilib ki, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından onlayn əldə etmək mümkündür.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx