TÖVSİYƏ XƏBƏRLƏR

Bakı-Qazax magistralında iki piyada keçidi tikilir – VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2 yerüstü piyada keçidinin tikintisinə start verib. Bu barədə İnsanoid agentliyə istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.

Həmin piyada keçidləri M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262 və 266-cı km-lik hissələrində inşa olunur.

Avtomobil yolunun 262-ci kilometrində inşa edilən yerüstü piyada keçidinin ümumi uzunluğu 46,8 metr, eni 3,3 metr, pilləkənlərin eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.

Agentlik tərəfindən avtomobil yolunun 266-cı km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 45 metr, hərəkət hissəsinin eni 3,3 metr, yol səviyyəsindən hündürlüyü 5,5 metrdir.

Hər iki yerüstü piyada keçidi metal konstruksiyalıdır və müasir lift sistemləri ilə təchiz ediləcək.

Hazırda keçidlərdə svay işləri aparılır. Keçidlərin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacaqlarının quraşdırılması və ətrafın abadlaşdırılması işləri görüləcək.