Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Apa 5 yanvar tarixində məlumat verib.
Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Niva” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.