Bakı-Qazax-Gürcüstan magistralında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 16 noyabr tarixində Report məlumat verib.
Magistral yolun Ağdaş rayonu ərazisindən keçən hissəsində 1965-ci il təvəllüdlü piyada Məcidov Elçin Rəhim oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.