Bakı-Qazax yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var. Bu barədə 23 dekabr tarixində Report məlumat verib.
Hadisə saat 17:30 radələrində Bakı-Qazax yolununun 114-cü km-də qeydə alınıb.
Belə ki, 90-BL-403 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı sərnişin avtobusu Bakı istiqamətində hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində bir nəfər sərnişin yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.