Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub. Bu barədə 21 oktyabr tarixində APA məlumat verib.
Bakı-Qazax yolunda, Səngəçal qəsəbəsində “Opel Astra” markalı avtomobillə “JAC” markalı kiçikhəcmli yük avtomobili toqquşub.
Hadisə nəticəsində yük avtomobili yolun hərəkət hissəsinə aşıb.
Hadisənin səbəbləri araşdırılır.