Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var. Bu barədə 4 fevral tarixində Report məlumat verib.
Hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində “KamAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Etibar Əhmədov yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.