Siyəzən rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Report 6 mart tarixində xəbər verib.
Hadisə Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonunun Beşdam kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük avtomobili yolu keçmək istəyən piyada, Qobustan rayon sakini, 1967-ci il təvəllüdlü Adil Azad oğlu Səftərovu vurub.
Piyada hadisə yerindəcə keçinib.
Qəzanın səbəbləri araşdırılır.