Bakı-Quba yolunda təmir işləri davam edir. Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən bu gün, 29 avqust tarixində məlumat verir.
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparır.
Sözügedən işlər bu gün saat 10:00-dan 16:00-a qədər aparılır.
Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.