TÖVSİYƏ XƏBƏRLƏR

Bakı: sabah gündüz 17° isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 15 mart tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9°, gündüz 13-17° isti olacaq.

Azərbaycanın rayonlarında səhər saatlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9°, gündüz 17-22°, dağlarda gecə 0-4°, gündüz 4-7° isti olacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx