TÖVSİYƏ XƏBƏRLƏR

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinat olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat olub. Bu barədə 18 sentyabr tarixində Report xəbər verib.

Elm və təhsil nazirinin əmrinə əsasən, Aygün Bayramova BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyinat alıb.

Bundan əvvəl, o, 2007-2023-cü illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Hüquq və İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

A.Bayramova 2017-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, 2021-ci ildə İnsan Resurslarının İdarəedilməsi üzrə beynəlxalq sertifikasiyadan keçib (SHRM-CP), 2022-ci ildə “Executive MBA” proqramı üzrə Böyük Britaniyanın York Universitetinə daxil olub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx