Bakıda vətəndaş qarət olunub

Bakı sakininin əlindən sellofan torba talanıb

Bakıda vətəndaş qarət olunub. Bu barədə 19 yanvar tarixində Daxili İşlər Nazirliyi xəbər yayıb.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Maskalı şəxs qəsəbə sakininin əlindən sellofan torbanı talayıb. Torbanın içərisində 1280 manat, 7900 ABŞ dolları və bank kartları olub.

Polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində Goranboy rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Vüqar Bağırov saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx