Bakı sakininin bank kartı hesabından pul oğurlanıb. Bu barədə 1 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 25-də paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 641 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vüqar Qafarov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.