Bakı şəhər sakininin bank kartından 2 min manat pul oğurlanıb. Bu haqda məlumatı İnsanoid bu gün, 23 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Belə ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadının bank hesabından 2 min manatını oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.