Bakıda 2022-ci ilin yanvar-iyun aylarında əhali ictimai iaşə obyektlərində 438,1 milyon manat pul xərcləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 62% çoxdur. Bu barədə məlumat Bakı Şəhər Statistika İdarəsinin 9 avqustda dərc edilən hesabatında deyilir.
Təkcə iyun ayında paytaxt sakinləri ictimai iaşə obyektlərində 64 milyon manat pul xərcləyib.
Azərbaycanda cari ilin ilk altı ayında ictimai iaşə dövriyyəsi 650,9 milyon manat təşkil edib.