TÖVSİYƏ XƏBƏRLƏR

Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq

Bakı və Abşeronda 19-20 noyabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Bu barədə 17 noyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Əsas məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli və təbii kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 80-ə yaxın fermer 50-yə yaxın regionu təmsil edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsulların daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara daşınacaq.

“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx