Bakı şəhərində və digər rayonlarda payız-qış mövsümü, yəni istiliyin verilişi mövsümü cari ilin noyabr ayının 15-dən başlayıb. Bu barədə 15 noyabr tarixində “Azəristiliktəchizat” ASC məlumat yayıb.
Bakı şəhərində və digər rayonlarda istiliyin verilişi mövsümü cari ilin noyabrın 15-dən başlayır və növbəti ilin aprelin 15-nə qədər davam edir.
Cari mövsümdə Bakı şəhəri və respublikanın regionlarında Cəmiyyətin balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3863 yaşayış binasının, 184 minə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2 500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istiliyin verilişinə başlanılıb.
Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək.