Qala qəsəbəsində fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə iyulun 6-da Report xəbər verib.
Hadisə iyulun 5-də 18:00 radələrində Bakı Elektrik Maşınqayırma Zavodunda baş verib. 1985-ci il təvəllüdlü Elfaq Rəhimov dəmir parçasının dəyməsi nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsilə cinayət işi açılıb.