TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda 10 yaşlı uşaq təcavüzə məruz qalıb

Paytaxt Bakıda təcavüz hadisəsi baş verib. Bu barədə İnsanoid BakuPlus.az-a istinadən bu gün, 3 oktyabr tarixində xəbər verir.

Xətai rayonunda, 63 nömrəli məktəbin yaxınlığında 10 yaşlı qız təcavüzə məruz qalıb. Əməli törətməkdə şübhəli bilinən yaşlı kişi sakinlər tərəfindən saxlanılıb və polisə təhvil verilib.

Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları araşdırmalar üçün kişini bölməyə aparıblar.

Təcavüzə məruz qalan uşaq hazırda xəstəxanadadır.