Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib. Bu barədə 23 oktyabr tarixində Report məlumat yayıb.
Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarətləri yetirib. 14 yaşlı yeniyetmə G.Şadatova dünyasını dəyişib.
Z.Babayevə qarşı:
- “xüsusi amansızlıqla qəsdən adam öldürmə”,
- “başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə”,
- “təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə”,
- “zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə”,
- “seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə” maddələri üzrə ittiham irəli sürülüb.