Güclü külək nəticəsində paytaxt Bakının müxtəlif yerlərində ağaclara ziyan dəyib. Bu barədə Report 9 fevral tarixində məlumat verib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məlumatına əsasən, ötən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək 15 ədəd ağaca zərər verib.
Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək götürülməklə ərazi təmizlənib.