TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda 16 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Bakıda gənc qız dəm qazından zəhərlənərək ölüb. Bu barədə 16 may tarixində Report məlumat verib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx