Bakıda ölümlə nəticələnən yol qəzası olub. Bu barədə 8 iyun tarixində APA məlumat verib.
Nizami rayonu ərazisində 2005-ci il təvəllüdlü Aləm Əsədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada keçidində 1986-cı il təvəllüdlü Qasım Zeynalovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.