Bakıda gənc qız itkin düşüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün 18 sentyabr tarixində xəbər verir.
Verilən məlumata görə, Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki Hövsan Südçülük Sovxozunda yaşayan və ruhi əsəb xəstəliyindən əziyyət çəkən 2003-cü il təvəllüdlü Əzimova Əfsanə Comərd qızı sentyabrın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Evdən çıxarkən əynində açıq qəhvəyi paltar, ayağında qızılı rəngli idman ayaqqabısı olub.
Onun əlamətləri: – boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa, qara rəngli, gözləri qəhvəyidir.
Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə 051-571-03-11, 055-211-81-74, 050-527-00-14, 012-590-73-02 və 012-456-03-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.