Bakıda 23 yaşlı şəxs elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə İnsanoid bu gün, 11 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Hadisə paytaxtın Nizami rayonunda baş verib. Keşlə qəsəbəsi, Qafqaz küçəsi, ev 47/15C ünvanında yerləşən fərdi yaşayış evində usta kimi çalışan 23 yaşlı Fərid Qəniyev evin damında təmir işi apararkən ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik cərəyanının keçdiyi naqilə toxunub.
O, elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.