Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid 11 sentyabr tarixində APA-ya istinadən məlumat verir.
Hadisə paytaxtın Səbail rayonu Salyan şosesində qeydə alınıb.
31 yaşlı Fərid Abıyev yolda tanışı ilə mübahisə zamanı bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.