Bakı şəhərinin Pirallahı rayonu ərazisində yaşayan 34 yaşlı Çinarə Barışova yanvarın 20-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 16 fevral tarixində məlumat verir.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102-Zəng Mərkəzi”nə, həmçinin Pirallahı Rayon Polis İdarəsinə (012) 457-02-02 şəhər və (050) 670-08-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
