Bakının Suraxanı rayonunda yol qəzası zamanı 39 yaşlı qadın xəsarət alıb. Bu barədə noyabrın 18-də APA xəbər yayıb.
Hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb. Yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçən Qurbanova Günay Rafiq qızını minik avtomobili vurub.
Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.