TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda 80 min manatlıq inşaat materialları oğurlayanlar saxlanılıblar

Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 15 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.