Paytaxtda ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start veriləcək. Bu barədə Report 19 dekabr tarixində məlumat verib.
Dekabrın 21-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının zalında baş tutacaq yarış qadınlar, kişilər və veteranlar arasında keçiriləcək.
3 gün davam edəcək yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.
Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağırlıqqaldırma üzrə ən yaxşı idman təşkilatlarını, ən yaxşı qadın və kişi idmançıları, ümidverici ağırlıqqaldıranlardan ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.