Bakıda əl qumbarası tapılıb

Bakıda əl qumbarası tapılıb

Bakıda əl qumbarası tapılıb. Bu barədə 23 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.

FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın torbaya bükülmüş döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx