Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Sursatların döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 58 ədəd 7.62×39 mm-lik və 25 ədəd 7.62×54 mm-lik mərmi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.