Bakıda qətl hadisəsi baş verib, saxlanılan var. Bu barədə İnsanoid Binəqədi rayon prokurorluğuna istinadən bu gün, 2 noyabr tarixində məlumat verir.
Noyabrın 2-də 37 yaşlı Zülfiyyə Xamoyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 42 yaşlı Qədir Qasımovun rayonun yeni yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Xamoyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı əsasında Qədir Qasımov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.