TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda avtobusda əlbəyaxa dava düşüb – VİDEO – YENİLƏNİB

Yenilənib – 11:15

Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb. Bu barədə Oxu.az 14 mart tarixində xəbər verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər tərəfimizdən araşdırılıb:

“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.

Bakıda avtobusda əlbəyaxa dava düşüb – 10:18

Bakıda avtobusların birində mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə sərnişin avtobusunda baş verən dava ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı araşdırma aparıldığını qeyd edib.

Əlavə məlumat veriləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx