TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda avtomobil 55 yaşlı qadın piyadanı vuraraq öldürüb

Bakıda avtomobil 55 yaşlı qadın piyadanı vuraraq öldürüb. Bu barədə 17 noyabr tarixində Report məlumat verib.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, noyabrın 16-da Azadlıq prospektində Binəqədi kəndi istiqamətində 1963-cü il təvəllüdlü İlyas Paşayevin idarə etdiyi 90-RJ-083 dövlət qeydiyyat nişanlı “Mitsubishi Airtrek” markalı avtomobillə hərəkətdə olarkən həmin vaxt yolu sağdan sola keçməkdə olan 1968-ci il təvəllüdlü piyada Aygün Həsənovanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.