TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda avtomobil 9 yaşlı uşağı vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 20 oktyabr tarixində xəbər verib.

Paytaxtın Binəqədi rayonunda 9 yaşlı Tohid Məmmədov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.