Bakının Binəqədi rayonunda avtotəmir sexindən oğurluq edən keçmiş məhkum saxlanılıb. Bu barədə 16 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün rayon ərazisindəki avtotəmir sexlərinin birindən soyğunçuluq yolu ilə 300 manat dəyərində avtomobil ehtiyat hissəsi talanıb. Oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Zamin Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.