TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda bacı-qardaş arasında dava zamanı bıçaqlanma olub

Bakıda iki qardaş və bir bacı dalaşıblar. Bu barədə Report 7 iyun tarixində xəbər verib.

Hadisə paytaxtın Qaradağ rayonunun Korgöz qəsəbəsində yerləşən evlərin birinin həyətində qeydə alınıb.

Belə ki, 43 yaşlı İ.Pirquliyev ailə münaqişəsi zəminində bacısı, 34 yaşlı S.Pirquliyeva və qardaşı 28 yaşlı Ə.Pirquliyevlə dalaşıb.

Nəticədə Ə.Pirquliyev bıçaqdan istifadə edərək İ.Pirquliyevin qarın nahiyəsinə bir dəfə zərbə endirib.

Ə.Pirquliyev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx