Binəqədi rayonunun Görədil bağları sahəsindəki evlərin birindən 12 min manatlıq oğurluq olub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 3 iyun tarixində məlumat verir.
Görədil bağları sahəsindəki evlərin birindən 12 min manat dəyərində mebel dəsti, qaz sobaları, təmir alətləri və digər məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Vasif Həsənov, Tərtər rayon sakinləri Şəhriyar İngilisli və Orxan Paşayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.