Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda bankomatdan pul çıxaran qadınları izləyərək soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda naməlum şəxs bankomatlardan birindən pul çıxaran qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd göstərib.Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 18 mart tarixində xəbər verir.

Zərərçəkən izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 min manat olan çantanı ələ keçirmək istədiyini amma yaranan səs-küy nəticəsində onun cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını bildirib.

Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Orxan İsgəndərov təkrar cinayət etmək məqsədilə “Əhmədli” metrosu yaxınlığındakı bankomatı müşahidə edərkən saxlanılıb.

Bununla da onun növbəti dəfə cinayət hadisəsi törətməsinin qarşısı alınıb.

Faktla əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda bankomatdan pul çıxaran qadınları izləyərək soyğunçuluq edən şəxs saxlanılıb
Foto DİN
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx