TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda bəzi yollarda sıxlıq müşahidə olunur – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Bu barədə bu gün, 22 fevral tarixində İnsanoidə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hal-hazırda yollardakı vəziyyət:

  1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;
  2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
  3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
  4. “20 Yanvar” dairəsində;
  5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
  6. Babək prospekti, mərkəz istiqamətində;
  7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
  8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
  9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
  10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
  11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
  12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
  13. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
  14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx