Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 kvadratmetr sahədə yanıb.
Bu barədə 26 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qeyd olunub ki, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.